Okt
2021
10:20
13
90
2366
Virtual karabakh

Bakıda koronavirus ən çox harada yayılıb? - SİYAHI + FOTO

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

COVID-19-a yoluxmaya görə paytaxtın Binəqədi rayonu 14,6 faizlə ilk yerdədir.

Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 13,6 faizi Xətai, 11,8 faiz Yasamal və Sabunçu rayonlarının payına düşür. 

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,4 faizi Suraxanı rayonunda, 7,8 faizi Nərimanov rayonunda, 7,6 faizi Nəsimi rayonunda, 7,5 faizi Xəzər rayonunda, 7,2 faizi Nizami rayonunda, 4,9 faizi Səbail rayonunda, 4,4 faizi Qaradağ rayonunda yaşayanlardır. 

Həmişə olduğu kimi, bu dəfə də Bakı rayonları üzrə ən az yoluxma Pirallahıda qeydə alınıb. Rayon üzrə yoluxma faizi cəmi 0,5 faiz təşkil edib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri