Okt
2021
11:46
14
278
2813
Virtual karabakh

Sumqayıtda kişini maşın vurub öldürdü - YENİLƏNİB

6 Okt, 2021
11:46
2813

Sumqayıtda kişini maşın vurub öldürdü - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Ötən gün saat 21:15 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri ərazisindən keçən 48-ci kilometrliyində Astara rayon sakini, 1978-ci il təvəllüdlü sürücü Paşayev Zaur Ağadadaş oğlu idarə etdiyi “Mercedes-Benz Atego” markalı, 90-SZ-211 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçən Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü piyada Qəniyev Vüsal Tofiq oğlunu vurub və o, hadisə yerində ölüb.

İlkin məlumata görə, V.Qəniyev yolun hərəkət hissəsini piyadaların hərəkəti üçün nəzərdə tutulmayan yerdən keçib və bu da onun həyatı bahasına başa gəlib.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

10:36

Bakı-Quba yolunun Sumqayıtın Yaşma yaşayış massivindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Yolu keçmək istəyən piyada 1990-cı il təvəllüdlü Qəniyev Vüsal Tofiq oğlunu yük maşını vurub.

Ağır bədən xəsarətləri alan 31 yaşlı piyada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri