Okt
2021
11:16
47
227
4098
Virtual karabakh

Bir neçə məktəbdə koronavirus aşkarlanıb: Beş sinif bağlanıb

6 Okt, 2021
11:16
4098

Bir neçə məktəbdə koronavirus aşkarlanıb: Beş sinif bağlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda iki məktəbin şagirdləri arasında COVID-19-a yoluxma faktları olduğundan bir neçə sinif distant təhsilə keçib.

“Report”un əldə etdiyi məlumata görə, Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Analoji hadisə Baku-Oxford School-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Xatırladaq ki, bundan əvvəl 162 nömrəli tam orta məktəbin 8 ç sinfində üç şagirdin COVID-19 infeksiyasına yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Qeyd edək ki, hər üç məktəbdə əyani təhsil davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri