Okt
2021
16:44
42
276
4845
Virtual karabakh

Musayevlərin şikayətlərinə nazirlik cavab verdi - VİDEO

6 Okt, 2021
16:44
4845

Musayevlərin şikayətlərinə nazirlik cavab verdi - VİDEO

Ağdaş rayon Abad kənd sakini Musayev Nurlan Nurəddin oğlunun sosial şəbəkədə yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən araşdırılıb. 
Nazirlikdən verilən məlumata görə, Nurlan Vətən müharibəsində iştirak etməyib. 

“2020-ci ilin yanvarında Sumqayıtda hərbi xidmətdə olub və hərbi xidmət dövründə xəstələnib. Ona 19 fevral 2021-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar aşağı ətrafın uzun sümüklərinin bədxassəli yeni törəməsi diaqnozu ilə 5 il müddətinə 3-cü qrup əlillik təyinatı aparılıb və əlilliyə görə 110 manat sosial müavinət təyin edilib. Ailəyə dəstək məqsədi ilə atası Musayev Nurəddin Pənah oğlu özünəməşğulluq proqramına cəlb olunub, 3 avqust 2021-ci il tarixində xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlərlə təmin olunub.

ƏSSMN-dən o da əlavə edilib ki, videomüraciətdə qeyd olunan şikayət nazirliyin fəaliyyət istiqamətlərinə aid deyil.

Yaralı Musayev Gündüz Sabir oğlunun müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə müraciəti qeydə alınıb. 

Nazirlik tərəfindən Nurlana bu gün mühərrikli təkərli oturacaq verilib. Aidiyyəti qurum tərəfindən şəhadətnamə verildikdən sonra əlillik məsələsinə baxılacaq.

Şəxsin xəstəxanada 4629 manat dəyərindəki tibbi xərci qarşılanıb. Şəxsin müalicəsinin aparılması ölkə daxilində mümkün olmadığından Türkiyənin “VM Medical Park Pendik” xəstəxanasına göndərilib. 20 026 manat dəyərindəki müalicə xərci fond tərəfindən qarşılanıb. Şəxsin müalicə prosesi yekunlaşdıqdan sonra ölkəmizə geri dönüb, 2021-ci ilin 12 sentyabrında reabilitasiyaya cəlb edilməsi üçün Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutuna yönləndirilib.

Lakin Bakıda yaşayış yerinin olmadığını əsas gətirərək adıçəkilən tibb müəssisəsinə yaxınlaşmayıb. Eyni zamanda şəxs bibisinə aid olan evin təmir edilməsi üçün müraciət etmiş, mənzilin qeyri-ailə üzvü olan şəxsin mülkiyyətində olduğu nəzərə alınaraq, müraciətinə baxılmasının “YAŞAT” fondunun səlahiyyəti xaricində olduğu bildirilib”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri