Okt
2021
17:48
329
65
1624
Virtual karabakh

TƏBİB: “Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testdən keçirilir”

7 Okt, 2021
17:48
1624

TƏBİB: “Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testdən keçirilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Peyvəndlərin tərkibi ilə bağlı hər kəsin narahatlığını başa düşürük”.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib.

Y.Qarayeva bildirib ki, “CoronaVac” peyvəndi tərkibi və istehsal platforması bizə çox aydın və açıq olduğu üçün ilk olaraq bu peyvənd seçilib və ölkəyə gətirilib: “Uzun illərdir ki, “Hepatit A” peyvəndi eyni fabrikdə eyni üsulla hazırlanır. Koronavirusun peyvəndi eyni texnologiya ilə hazırlanıb. Digər tərəfdən, bundan sonra ötən il dekabr ayının sonlarında Türkiyəyə səfərimiz zamanı oradakı laboratoriyaların imkanından istifadə etmək üçün müraciət etdik. Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testlərdən keçirilir. Hətta o cavablar daxil olmadan Səhiyyə Nazirliyi tərəfindən vaksinlər istifadəyə verilmir”.

Mənbə: APA

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri