11 
Okt
2021
14:42
15
262
4155
Virtual karabakh

Xəzər sahilində tapılan suitilərin kütləvi ölümünün səbəbi nədir? - FOTO

11 Okt, 2021
14:42
4155

Xəzər sahilində tapılan suitilərin kütləvi ölümünün səbəbi nədir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizi sahilində yenidən suiti cəsədləri tapılıb.

Oxu.Az-ın məlumatına görə, onların öldürüldüyü ehtimal edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Xəzər dənizinin Pirşağıya düşən hissəsində sahilboyu ölən suitilər qeydə alınıb:

“Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun elmi işçisi, dosent Süleyman Süleymanov ilə birlikdə Pirşağıda suitilərə baxış keçirdik. Apardığımız müşahidələr zamanı məlum oldu ki, cəsədlərin üzərində kəsici alət izləri var.

Bu suitilər qida axtarışında olan zaman balıqçı torlarına düşüblər. Nəticədə balıqçılar tərəfindən həmin suitilər məhv edilirlər. Bu balıq ovu aləti qeyri-qanunidir”.

A.Səmədova qeyd edib ki, dənizin sahilində bir neçə yeni ölən suiti aşkarlanıb:

“Köhnə, çürüməkdə olan və tamamilə çürüyən suitilər isə beş-altı başdır”.

Qeyd edək ki, bir müddət əvvəl də Xəzər dənizi sahillərində qanunsuz ovun qurbanı olan suitilər aşkarlanıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri