12 
Okt
2021
17:44
50
294
18241
Virtual karabakh

Əri vəzifəli şəxs olan xanımın sevgilisi paltar dolabında gizləndi - MƏHKƏMƏ

12 Okt, 2021
17:44
18241

Əri vəzifəli şəxs olan xanımın sevgilisi paltar dolabında gizləndi - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhər Xətai rayon Məhkəməsində sevgi münasibətində olduğu qadını döyən və ona qarşı soyğunçuluq etmiş 1992-ci il təvəllüdlü Natiq Məmmədov (şərti) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən gənc oğlanın subay, zərərçəkən qadının isə evli olduğu, onların arasında sevgi münasibətinin olması üzə çıxıb.

Bəlli olub ki, onlar təxminən üç il əvvəl sosial şəbəkə vasitəsilə tanış olublar və tez-tez görüşməyə başlayıblar. Belə ki, həyat yoldaşı vəzifəli şəxs olan və maddi cəhətdən imkanlı olan Viktoriya (şərti) adlı qadın Xətai rayonundakı evində əksər vaxtlar tək yaşayıb. Bundan sonra Binəqədi rayon sakini olan Natiq qadının evinə yaxın yerdən kirayə ev tutub və anası ilə ora köçüb. Gənc oğlanla Viktoriya beləliklə vaxtaşırı görüşməyə başlayıblar. Tanışlıq müddətində Natiqin kirayə tutduğu evin aylıq ödənişlərini də Viktoriya ödəyib. Baş vermiş cinayət hadisəsinə gəlincə zərərçəkmiş qadın olayı belə təsvir edib:

“Təxminən üç ilə yaxındır ki, sosial şəbəkələrin birində Natiqlə tanış olmuşuq. Bundan sonra aramızda yaxın münasibət yaranıb və görüşməyə başlamışıq Natiq anası Sveta ilə birlikdə yaşadığım məhəllədə kirayə yaşayıb. Natiqin kirayə yaşadığı evin pulunu mən ödəmişəm. 6 dekabr 2020-ci il tarixdə Natiqi yaşadığım evə dəvət etdim. Natiq saat 18 radələrində gəldi, birlikdə nahar etdikdən sonra Natiq pula ehtiyacı olduğunu bildirib 5 min manat pul istədi. Mən də hazırda pulumun olmadığını bildirən zaman aramızda sözlə mübahisə baş verdi. Bundan sonra Natiqin yataq otağında olan siyirmədən mənə məxsus qızıl-zinət əşyaları olan mücrünü götürdüyünü gördüm. Natiqə yaxınlaşıb qızıllarımı qaytarmağı tələb edəndə məni itələyib qızıllarımı da götürüb getdi. Natiq getdikdən bir qədər sonra özümə məxsus “Samsung” markalı mobil telefonumu götürdüyünü anladım. 8 dekabr 2020-ci il tarixdə Natiqin kirayə yaşadığı evə getdim. Həmin vaxt mənzilin qapısını Natiqin anası Sveta adlı qadın açdı. O, Natiqin evdə olmadığını bildirdi. Buna baxmayaraq o, evə daxil olub paltar dolabına baxan zaman Natiqin paltar dolabında gizləndiyini gördüm. Mənzildən götürdüyü qızıl-zinət əşyalarını qaytarmasını tələb etdim, o isə qızılları qaytarmayacağını bildirdi. Polisə şikayət edəcəyim təqdirdə aramızda olan münasibətin ailə üzvlərimə bildirəcəyini dedi. Bu mövzuda aramızda mübahisə baş verdi və mübahisə zamanı Natiq mənim bədənimin müxtəlif nahiyələrindən vuraraq xəsarətlər yetirdi. Bundan sonra oradan çıxaraq yaşadığım evə qayıtdım və artıq dözə bilmədiyim üçün baş vermiş hadisə barədə ailə üzvlərimə məlumat verdim. Səhərisi gün, yəni 9 dekabr 2020-ci il tarixdə polisə hadisə barədə şikayət etdim. Ümumilikdə mənə 38 967 manat ziyan dəyib. İstintaq zamanı Natiqin qohumları tərəfindən dəymiş ziyandan 3 000 manat ödənilib. İş üzrə mənə məxsus maddi sübut kim tanınmış bir ədəd 5 407 manatlıq qızıl dəst müstəntiq tərəfindən qəbzlə özümə qaytarılıb”.

Zərərçəkən qadının dediklərini onun evində xidmətçi işləyən qadın və şəxsi sürücüsü də təsdiq edib.

Məhkəmə prosesində Viktoriya barışıq ərizəsi verərək Natiqi bağışladığını, məhkəmənin digər iclaslarında iştirak edə bilməyəcəyini nəzərə alaraq onun nümayəndəsinin iştirakı ilə iclasların keçirilməsini məhkəmədən xahiş edib.

Məhkəmə prosesi oktyabrın 5-də başa çatıb və Natiq Cinayət Məcəlləsinin 180.2.5-ci (soyğunçuluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib və dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri