13 
Okt
2021
10:20
14
505
14165
Virtual karabakh

Bakıda beş nəfərin ölümünə səbəb olan sürücünün 19 yaşı var imiş

13 Okt, 2021
10:20
14165

Bakıda beş nəfərin ölümünə səbəb olan sürücünün 19 yaşı var imiş

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində sərnişin avtobusuna çırpılan yük avtomobilinin sürücüsünün kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, həmin şəxs 2002-ci il təvəllüdlü, Qobustan rayon sakini Əzizov Mahmud Babagözəl oğludur.

Qəzanı törədən şəxs artıq saxlanılıb.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verib.

Belə ki, Mərdəkan istiqamətində hərəkətdə olan 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə 5 nəfər ölüb, xəsarət alan 21 nəfər xəstəxanaya çatdırılıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri