13 
Okt
2021
14:20
176
41
9995
Virtual karabakh

DİN-dən valideynlərə ÇAĞIRIŞ: “Təşvişə düşməyin”

13 Okt, 2021
14:20
9995

DİN-dən valideynlərə ÇAĞIRIŞ: “Təşvişə düşməyin”

Son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı səs yazıları yayılır.

“WhatsApp”da yayılan səs yazısında iddia edilib ki, Bakı və Sumqayıt şəhərləri ərazisində məktəblərdə uşaqların oğurlanmasına cəhd edilib. 

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, valideynlərin təşvişə düşməsinə əsas yoxdur:

“Sosial şəbəkədə yayılan səs yazıları ilə bağlı araşdırma aparılır. İlkin qənaət ondan ibarətdir ki, bu, tamamilə yalan və cəfəngiyyatdır, təxribat məqsədi daşıyır”.

“DİN-ə səs yazısında iddia olunan hallarla bağlı hər hansı şikayət, yaxud müraciət daxil olmayıb”, - deyə E.Hacıyev əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri