13 
Okt
2021
16:44
17
152
1995
Virtual karabakh

Qəbələnin Bunud kəndinin bitməyən problemləri - VİDEO

13 Okt, 2021
16:44
1995

Qəbələnin Bunud kəndinin bitməyən problemləri - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələnin Bunud kəndinin nə yolu, nə də tibb məntəqəsi əhaliyə xidmət etməyə yararlıdır.

İllərdir bir sıra çətinliklərlə üzləşən və bu problemlərdən təngə gələn Bunud kəndinin sakinləri Baku TV-yə müraciət edib. 

Bunudun inzibati ərazisi Qəbələnin ilk kəndi hesab olunur. Rayona gələn bütün qonaqlar bu kənddən keçməli olur, yəni hər kəs bu bərbad yolu qət etmək məcburiyyətindədir. 

Saymaqla bitməyən problemlərdən əziyyət çəkən kənd sakinlərindən biri də şəhid anasıdır. Tamarə İsmayılova deyir ki, onların problemi ilə heç kəs maraqlanmır. Kəndin yol problem ilə bağlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Absalam Hüseynov bildirib ki, Dövlət Proqramına uyğun olaraq Bunud 2023-cü ilin sonuna qədər asfaltlanması nəzərdə tutulan kəndlər sırasındadır. 

Qəbələ Rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, icbari tibbi sığortaya keçidlə əlaqədar kənd sakinləri Vəndam kəndində yerləşən həkim məntəqəsindən istifadə edirlər.

Ətraflı süjeti təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri