13 
Okt
2021
17:25
30
582
25679
Virtual karabakh

Bakıda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB + SİYAHI

13 Okt, 2021
17:25
25679

Bakıda baş verən dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu - YENİLƏNİB + SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan 10 nəfər yaralıdan 7 nəfəri evə buraxılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaralılardan üç nəfər Klinikada stasionar müalicəyə qəbul edilib.  

Onlardan iki nəfər reanimasiya şöbəsinə, bir nəfər isə neyrotravmatologiya şöbəsinə yerləşdirilib.

15:46

Bu gün səhər saat 06:40 radələrində aeroport şossesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini Mahmud Əzizov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə paytaxt sakini Tahir Abdullayevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusunu vurub.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir. 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. 

Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.

15:42

Bu gün səhər saatlarında Bakıda “Mercedes” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilən yaralılardan bir qisminin adları məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, səhər saatlarında Bakıda 171 nömrəli sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində baş verən, beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi zamanı 21 nəfər xəsarət alıb. Yaralananlardan 16 nəfəri 3 saylı Kliniki Şəhər Xəstəxanasına yerləşdirilib.

Klinikadan Oxu.Az-a bildirilib ki, 5 xəstə reanimasiya şöbəsinə yerləşdirilib:

“Yaralılardan biri hazırda əməliyyatdadır, vəziyyəti çox ağırdır. Reanimasiyada olan 5 yaralının 4-ü qadın, biri kişidir. Onlara kəllə beyin travması, döş qəfəsinin zədələnməsi, sağ baldır ətrafının amputasiyası diaqnozları qoyulub. Digər yaralılar isə palatalara yerləşdiriliblər”.

Əldə etdiyimiz məlumata görə, yaralananlar arasında 1999-cu il təvəllüdlü Məmmədov Emin, 1984-cü il təvəllüdlü Ağayeva Aygül, 1983-cü il təvəllüdlü Həsənov Nəriman, 1979-cu il təvəllüdlü Rzayev Sərdar, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə, 1962-ci il təvəllüdlü Əsədova Mətanət, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə, 1964-cü il təvəllüdlü Nağıyeva Bağdagül, 1972-ci il təvəllüdlü Mansurova Samirə, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz hazırda xəstəxanada müalicələrini davam etdirirlər.

Digər yaralılar 1985-ci il təvəllüdlü İbrahimov Orxan, 1986-cı il təvəllüdlü Eyvazova Samirə, 1962-ci il təvəllüdlü Hüseynov Eldar, 1993-cü il təvəllüdlü Tağıyev Surət, 1990-cı il təvəllüdlü Məmmədov Elgün, 1989-cu il təvəllüdlü Həsənova Aynurə isə həkimlər tərəfindən ilkin yardım göstərildikdən sonra evə buraxılıblar.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri