13 
Okt
2021
19:40
186
572
13619
Virtual karabakh

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı – YENİLƏNİB+FOTO/VİDEO

13 Okt, 2021
19:40
13619

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapıldı – YENİLƏNİB+FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baş Prokurorluq Vətən müharibəsi zamanı itkin düşən və nəşi tapılan Azərbaycan hərbçisi barədə məlumat yayıb.

Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, itkin düşmüş daha bir hərbi qulluqçunun – gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilib.

Növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcək.

18:43

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən yeddi hərbçidən biri - Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb.

Bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib.

O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq.

Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.

Allah rəhmət eləsin!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri