14 
Okt
2021
09:40
46
203
5191
Virtual karabakh

Azərbaycanda gimnaziyada şagird və müəllimlər koronavirusa yoluxdu: Ənənəvi tədris dayandırıldı

14 Okt, 2021
09:40
5191

Azərbaycanda gimnaziyada şagird və müəllimlər koronavirusa yoluxdu: Ənənəvi tədris dayandırıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təhsil Nazirliyinin tabeliyindəki S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu hal əsas götürülərək Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında Nazirlər Kabinetinin müvafiq qərarına əsasən təhsilin distant formada davam etdirilməsinə qərar verilib.

Belə ki, gimnaziyada tədris bu gündən etibarən 14 gün müddətinə məsafədən təşkil ediləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri