14 
Okt
2021
13:32
30
113
8984
Virtual karabakh

Xalq artistinin qızına hökm oxundu - FOTO

14 Okt, 2021
13:32
8984

Xalq artistinin qızına hökm oxundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səhlənkarlıqda təqsirləndirilən Tamilla Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T. Sadıqova 2 min manat cərimə cəzasına məhkum edilib.

Qeyd edək ki, T.Sadıqova qida hazırlayan və daşıyan şirkət sahibi olub. Həmin şirkət ötən il sentyabr ayının 12-də “Yüksəliş” İctimai Birliyinin (İB) keçirdiyi müsabiqənin növbəti mərhələsində iştirakçıları qida ilə təmin edib.

Qida qəbulundan sonra isə texniki heyət, işçi qrupunun üzvləri və müsabiqə iştirakçıları arasında bəzi şəxslərin səhhəti pisləşib, onların zəhərləndiyi məlum olub.

Zəhərlənmə halı qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılıb.

Faktla bağlı araşdırma aparılıb.

T.Sadıqova barəsində Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə “Yüksəliş” İB və 70 zərərçəkən olub.

T. Sadıqova mərhum Xalq artisti Hüseynağa Sadıqovun qızıdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri