15 
Okt
2021
16:04
126
85
3584
Virtual karabakh

Bərbad vəziyyətdə olan sağlamlıq mərkəzi aşkar edildi - FOTO

15 Okt, 2021
16:04
3584

Bərbad vəziyyətdə olan sağlamlıq mərkəzi aşkar edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naftalan şəhəri, N.Gəncəvi küçəsi 20 ünvanında fəaliyyət göstərən, “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” MMC-yə məxsus ictimai iaşə sahəsinə baxış keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya normalarının və qaydalarının kobud şəkildə pozulması faktı aşkar edilib. 

Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.

Eyni zamanda qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu prinsipinə əməl olunmadığı, baytarlıq-sanitariya ekspertizasından keçirilməyən ət və ət məhsulları, süd və süd məhsulları, istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri