15 
Okt
2021
15:47
18
126
2150
Virtual karabakh

İlk altı ayda uşaqlara əlavə qida verilə bilərmi?

15 Okt, 2021
15:47
2150

İlk altı ayda uşaqlara əlavə qida verilə bilərmi?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Uşağa ilk altı ayda ancaq ana südü verilməlidir, çay, su qətiyyən olmaz”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, altı aydan sonra yaşa uyğun hər hansı süni uşaq qidaları verilə bilər:

“İki yaşa qədər ana südünə davam edilə bilər. Ümumiyyətlə uşaqlarda böyrək funksiyaları sonradan formalaşır. O səbəbdən də məsələn, iki nömrəli süni uşaq qidalarını üç yaşlı uşağa verilməsi tövsiyə edilmir. Bu kimi məqamlara, süni qidaların nömrələrinə və müvafiq növlərinə diqqət etməkdə fayda var. Altı aydan sonra uşaqlara əlavə qidaların verilməsinə onsuzda başlanılır. Lakin süni qida nə qədər tez kəsilsə, bir o qədər də yaxşıdır”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri