15 
Okt
2021
16:40
15
486
5195
Virtual karabakh

Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

15 Okt, 2021
16:40
5195

Azərbaycanda koronavirusa yoluxan bəzi körpələr süni tənəffüs aparatına qoşulub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xroniki xəstəliyi olan, diabetdən əziyyət çəkən, immun çatışmazlığı, artıq çəkisi olan uşaqlar və bununla yanaşı 1 yaşa qədər uşaqlar koronavirusa yoluxma ilə bağlı böyük risk qrupunun içərisindədirlər. Onlar xəstəliyi ağır keçirə bilərlər. Hətta neonatal dövrdə də problem yaşayan körpələr olur”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, əsas simptomlar - tənəffüs çatışmazlığı əlamətləri ön planda olur:

“Hətta tənəffüs çatışmazlığı əlamətləri o qədər güclü olur ki, süni tənəffüs aparatına qoşulma ehtiyacı da yaranır. Bir də post-COVID dövründə (uşaq koronavirusu simptomsuz belə keçirsə) 2-6 həftə sonra bəzi uşaqlarda nadir hallarda ağır iltihab prosesi başlaya bilir. Məsələn bu iltihab ürək, böyrək və ağciyərlərdə fəsadlar yarada bilərlər”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri