15 
Okt
2021
18:15
82
20
2440
Virtual karabakh

WPM şirkətinin sözçüsü “Westgold” markasına qarşı səsləndirilən böhtanlara cavab verdi

15 Okt, 2021
18:15
2440

WPM şirkətinin sözçüsü “Westgold” markasına qarşı səsləndirilən böhtanlara cavab verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər Yeni Zelandiyada istehsal edilən “Westgold” kərə yağı markası haqqında yazılı və elektron mediada bir sıra böhtanlar səsləndirilib. 

Marja.az bu ittihamlara aydınlıq gətirilməsi üçün “Westgold” markasının Azərbaycanda rəsmi satışı ilə məşğul olan şirkətlə əlaqə yaradıb. Şirkətin nümayəndəsi Jalə Əlizadənin ittihamlarla bağlı fikirlərini diqqətinizə çatdırırıq: 

“Westgold” kərə yağı markası haqqında mətbuatda dərc olunan ittihamlara cavab olaraq bildirmək istəyirik ki, şirkətimizə kərə yağının keyfiyyəti ilə bağlı heçbir müraciət daxil olmayıb. “Westgold” kərə yağı Yeni Zelandiyada ən son texnoloji avadanlıqlar vasitəsilə “Fritz Churn” nehrə üsulu ilə istehsal olunur. Məhsulun tərkibi və keyfiyyəti ilə bağlı bütün lazimi sertifikatlara istinadən idxal olunur”.

Jalə xanım sözlərinə davam edərək bildirib ki,  yuxarıda qeyd olunan ittihamları yayımlayan media orqanları ilə bağlı hüquqi prosedur başladılıb: “Onların ünvanlarına bu ittihamları sübut edən faktların tələbi ilə bağlı rəsmi məktublar göndərilib. Əgər 3 iş günü ərzində cavab ala bilməsək bu məsələ ilə bağlı müvafiq məhkəmə orqanına müraciət etməyi planlayırıq. Həmçinin qeyd edək ki, “Westgold” kərə yağı markasının rəsmi nümayəndəliyi olaraq biz bu kimi hallara qarşı mübarizəmizi hüquqi müstəvidə aparmağa davam edəcəyik”.

Marja.az bu məsələni diqqətdə saxlayacaq və nəticələr haqqında məlumat verəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri