15 
Okt
2021
19:30
68
168
2004
Virtual karabakh

Qanunsuz ov edən şəxs cəzalandırılıb - FOTO

15 Okt, 2021
19:30
2004

Qanunsuz ov edən şəxs cəzalandırılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çöl ördəklərini qanunsuz ovlayan və onları nümayiş etdirərək əcnəbiləri ov etməyə çağıran şəxslə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Bu barədə “Report”a Xidmətin rəisi Hikmət Əlizadə məlumat verib.

Onun sözlərinə görə, həmin şəxsin İmişli şəhər sakini Razi Səmədov olduğu müəyyən edilib.

Xidmət rəisi bildirib ki, faktla bağlı akt, protokol tərtib edilib və təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanına göndəriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri