16 
Okt
2021
11:19
36
67
1087
Virtual karabakh

“AZCHEMCO” şirkətində 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar tədbir təşkil edilib - FOTO

16 Okt, 2021
11:19
1087

“AZCHEMCO” şirkətində 16 oktyabr Ümumdünya Qida Günü ilə əlaqədar tədbir təşkil edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Qida Günü 1945-ci il oktyabrın 16-da təsis edilib və bu gün həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yaranması günü kimi də qeyd olunur.

Ümumdünya Qida Günü ilə əlaqədar olaraq “AZCHEMCO” MMC-nin təşkilatçılığı ilə tədbir keçirilib.

Tədbirdə şirkətin təsisçisi Levent Özdemir çıxış edərək deyib ki, bu il Ümumdünya Qida Günü digər illərdən fərqli bir zamanda, ölkələrin COVID-19 pandemiyası ilə mübarizəsi dövründə baş tutur. 2021-ci il FAO daha qlobal bir məsələni diqqətə çatdırmaq üçün “Ümumdünya Qida Günü”nün şüarını “Əməllərimiz bizim gələcəyimizdir. Daha yaxşı istehsal, qidalanma, ətraf - mühit və həyat” olaraq təyin edib. Bu sahədə fəaliyyət göstərən təşkilatların ümdə vəzifəsi dünyada aclığa son qoyulması, dayanıqlı inkişaf məqsədi və hər kəsin sağlam qidaya çıxışının təmin edilməsidir.

Levent Özdemir bildirib ki, kənd təsərrüfatının aparıcı şirkətlərindən biri olaraq “AZCHEMCO” bu prosesə laqeyd qalmır və bu il sentyabrın 23-24-də “Qida Sistemləri Sammitində” BMT Baş katibi Antonio Quterreş və digər zirvə iştirakçılarının səsləndirdikləri quraqlıq, ekologiya və aclığın qlobal problemlərinin birgə həll edilməsi məqsədilə təcrübə mübadiləsinin aparılması üçün təşkilata üzv olmaq niyyətindədir. İndi təşkilatın səlahiyyətli nümayəndələri ilə görüşlər keçirilir.

“AZCHEMCO” şirkətinin təsis olunmasında əsas məqsədimiz ölkəmizdə qida təhlükəsizliyi sahəsində norma və standartların beynəlxalq tələblərə uyğunlaşdırılmasına dəstək vermək, əhalinin təhlükəsiz və keyfiyyətli qida ilə təminatının yaxşılaşdırılması, qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan keyfiyyətli aqrokimyəvi maddələrin, bitki mühafizəsi vasitələrinin və preparatlarının istehsalı, habelə onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasınıdan ibarətdir. Bu sahədə şirkət bir sıra elmi-tədqiqat institutları ilə əməkdaşlıq edir və şirkətin istehsal etdiyi məhsullar dünya şöhrətli “SGS” şirkətinin laboratoriyalarında yoxlanılaraq təsdiq olunur.

“AZCHEMCO” şirkəti Təmiz kənd təsərrüfatı – yüksək miqdarda kimyəvi-sintetik (süni) maddələr tətbiq edilmədən kənd təsərrüfatı bitkilərinin becərilməsi və yetişdirilməsi, habelə qatqısız məhsulların istehsalı, emalına əsaslanan bir istehsal zəncirini formalaşdırmaqdadır. Belə ki, bu məhsulların istehsalında “torpaqdan süfrəyə” prinsipi əsas götürülür. Bu yolla məhsul istehsalında istifadə olunan gübrə və aqrokimyəvi maddələrin, digər qatışıqların orqanizm üçün törədə biləcəyi potensial təhlükələr aradan qaldırılmış olur və son nəticədə əldə olunan məhsulun zəmanətli satışına əminlik yaranır.

Əlavə olaraq qeyd edim ki, “AZCHEMCO” şirkətinin istehsal etdiyi gübrələr və aqrokimyəvi vasitələrlə istixana şəraitində yetişdirilmiş pomidor məhsulu barəsində “SGS” laboratoriyasının apardığı yoxlama nəticəsində hesabat hazırlanmışdır. Hesabatda şirkətimizin yetişdirdiyi məhsulun beynəlxalq standartların və normaların tələblərinə uyğunluğu öz əksini tapır. Məhsulun tərkibində heç bir qatqı aşkar edilməmiş və otaq şəraitində 40 günədək xarab olmadan qalma qabiliyyətinə malikdir”, - o diqqətə çatdırıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri