16 
Okt
2021
12:30
15
190
3062
Virtual karabakh

Bakıda daha bir yanğın olub: Zəhərlənən var

16 Okt, 2021
12:30
3062

Bakıda daha bir yanğın olub: Zəhərlənən var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, ikimərtəbəli kommunal tipli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 100 kvadratmetr olan mənzilin yanar konstruksiyaları 40 kvadratmetr sahədə və bitişik, ümumi sahəsi 10 kvadratmetr olan mağazanın yanar konstruksiyaları yanıb. Yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, səhər saatlarında Bakının Nərimanov rayonunda yerləşən “Metro-City” ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində yanğın hadisəsi baş verib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri