16 
Okt
2021
13:40
58
90
940
Virtual karabakh

İşğaldan azad olunan ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub

16 Okt, 2021
13:40
940

İşğaldan azad olunan ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan ekologiya ilə bağlı 20-ə yaxın komissiyanın üzvüdür. Amma əfsuslar olsun ki, 30 il ərzində Qarabağdakı ekoloji vəziyyətlə bağlı etdiyimiz müraciətlərə cavab verilməyib”.

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, işğal dövründə 100 min hektar ərazi yanğına məruz qalıb:

“Yanğınla orada olan bitki, fauna və flora tamamilə məhv olub. Qarabağda təbiətin yenidən bərpa olunması üçün uzun illər lazım olacaq. Torpaqlarımız işğaldan azad olunduğu üçün oradakı ekosidin nəticələrini görə bilirik”. 

O bildirib ki, işğaldan azad olunmuş ərazilərin monitorinqinin ilkin nəticələri Baş Prokurorluğa təqdim olunub: 

“Bununla bağlı cinayət işi açılacaq və beynəlxalq hüquq müstəvisində onlar törətdikləri vəhşiliklərə görə cavab verməli olacaqlar. Biz orada bir çox işlər görmək istəsək də əfsuslar olsun ki, bu, bizdən asılı olan məsələ deyil.

Həmin yerlər minalanmış olduğu üçün çox təhlükəli ərazilərdir. Böyük qayıdışın tərkib hissələrindən biri də oradakı ekoloji mühitin bərpa edilməsi, ekologiyanın sağlamlaşdırılması istiqamətində işlərin görülməsidir. Nazirlik olaraq səlahiyyətlərimiz daxilində bu işlər görülür. Görəcəyimiz işlər orada mərhələlərə bölünüb”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri