16 
Okt
2021
16:37
13
234
2564
Virtual karabakh

Sənəddə başqa, divarda başqa nömrə: Çıxış yolu nədir? - VİDEO

16 Okt, 2021
16:37
2564

Sənəddə başqa, divarda başqa nömrə: Çıxış yolu nədir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda mənzillərin sənədlərində yazılan ünvan nömrələri başqa, küçələrdəki lövhələrdə yazılanlar isə bir başqadır.

Sakinlərin xəbəri olmadan küçələrin nömrələri dəyişdirilir. Bu da haqlı olaraq onların etirazlarına səbəb olur. Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verən olmadı. Mövcud problemlə bağlı əmlak eksperti Ramil Osmanlı bildirib ki, yeni tikililərin sayının artması, küçələrdə kəsişmələrin dəyişməsi, yol infrastrukturunun yenilənməsi nəticəsində belə dəyişikliklər ortaya çıxır. 

Ekspert həmçinin onu da bildirib ki, hazırda paytaxtda əmlak bölgüsü üzrə işlər davam edir. Dövlət qurumunun hər bir mənzili bu haqda məlumatlandırma imkanı olmadığından sakinlər arasında çaşqınlıq yaranır. Lakin yeni sənəd alınanda orada həm yeni, həm də köhnə ünvan göstərilir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri