16 
Okt
2021
16:10
237
45
1353
Virtual karabakh

Qarabağda su təchizatı ilə bağlı layihələr hazırlanır - RƏSMİ

16 Okt, 2021
16:10
1353

Qarabağda su təchizatı ilə bağlı layihələr hazırlanır - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Torpaqların işğaldan azad olunması su probleminin həllinə böyük dəstək oldu. Həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kubmetrə yaxındır. Bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır:

“İşğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatları ilə təmin olunması üçün həmin mənbələrdən istifadə edilməsi vacibdir. Bununla bağlı layihələr hazırlanmaqdadır”.

V.Kərimov qeyd edib ki, növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi nəzərdə tutulur.

“Eyni zamanda, Ağdam, Füzuli şəhərlərinin su təchizatı ilə təmin olunması ilə bağlı layihələr hazırlanacaq. Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri