18 
Okt
2021
11:37
324
45
2625
Virtual karabakh

Azərbaycan Rusiyadan gələn məhsullara məhdudiyyət qoydu

18 Okt, 2021
11:37
2625

Azərbaycan Rusiyadan gələn məhsullara məhdudiyyət qoydu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında yüksək patogen quş qripi xəstəliyi və Leninqrad vilayətində xırdabuynuzlu heyvanların çiçək xəstəliyi qeydə alınıb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, Rusiya Federasiyasının Başqırdıstan Respublikasından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın, həmçinin Leninqrad vilayətindən diri xırdabuynuzlu heyvanlar, onlara aid məhsullar və xammalın, o cümlədən genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Rusiya Federasiyasının Başqırdıstan Respublikasından və Leninqrad vilayətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri