18 
Okt
2021
11:04
156
10
4018
Virtual karabakh

Əlillik dərəcəsi təyin etdirəcəyini vəd verərək külli miqdarda pul mənimsəyən dələduz SAXLANILDI - FOTO

18 Okt, 2021
11:04
4018

Əlillik dərəcəsi təyin etdirəcəyini vəd verərək külli miqdarda pul mənimsəyən dələduz SAXLANILDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qax Rayon Polis Şöbəsinə müraciət edən vətəndaşlar Rəşid adlı şəxsin onlara əlillik dərəcələri təyin etdirəcəyi vədini verərək aldatdığını və ümumilikdə 17 000 manata yaxın pullarını ələ keçirdiyini bildiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, Qax rayonu Şotavar kənd sakini Rəşid Allahverdizadə saxlanılıb.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

R.Allahverdizadənin respublikanın digər şəhər və rayonlarında da oxşar cinayətlər etdiyi istisna olunmur.

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Qax Rayon Polis Şöbəsinə müraciət etmələri və ya (024) 255-23-52 şəhər nömrəsi, habelə nazirliyin “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri