18 
Okt
2021
13:44
347
16
1020
Virtual karabakh

ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib - FOTO

18 Okt, 2021
13:44
1020

ABŞ-ın altı şəhərində “Azərbaycan Günü” elan edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Şimali Karolina ştatının altı şəhərində “Azərbaycan Günü” elan edilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, ştatın Roli, Şarlotta, Durham, Keri, Fayetville və Apeks şəhərlərində 18 Oktyabr – Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümü münasibətilə bəyannamələr qəbul edilib. 

Bəyannamələri Apeks şəhər meri Jak Jilber, Durham şəhər meri Stiv Sevel, Şarlotta şəhər meri Aleksandr Layles, Roli şəhər meri Meri-Ənn Bolduin, Keri şəhər meri Harold Veyinbrext imzalayıblar. 

Bəyannamələrdə bildirilib ki, Amerika Birləşmiş Ştatları müasir Azərbaycan Respublikasının ərazi bütövlüyünü, dövlət suverenliyini və müstəqilliyini qeyd-şərtsiz dəstəkləyir. Amerika-Azərbaycan Dostluq Təşkilatının Şimali Karolinada mədəni müxtəlifliyin zənginliyinə, iqtisadi rifaha töhfə verdiyi, ulu babalarının Azərbaycanda və Cənubi Qafqaz regionunda azadlıq və demokratiyanın yayılmasında misilsiz xidmət göstərdiklərinə böyük ehtiramla yanaşdıqları nəzərə çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri