18 
Okt
2021
19:55
30
339
8608
Virtual karabakh

DİQQƏT: Kirayə ev vermək adı ilə vətəndaşlar aldadılır - FOTO

18 Okt, 2021
19:55
8608

DİQQƏT: Kirayə ev vermək adı ilə vətəndaşlar aldadılır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir qrup şəxs əlbir olaraq kirayə ev vermək adı ilə vətəndaşları aldadır.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. 

Bildirilib ki, elan saytlarında kirayə ev elanı verən şəxs vətəndaşları aldadaraq onlardan pul alıb, sonra isə yoxa çıxıb.

Belə ki, kirayə evdə hazırda xanımların qaldığını və evi yenidən kirayə tutmaq üçün öncədən ödəniş verilməsinin lazım olduğunu bildiriblər. 

Evdə kirayə qalacaq şəxslərin etimadını qazanmaq üçün onlara şəxsiyyəti təsdiq edən sənədin fotoşəklini göndərən şəxs bank kartının şəklini göndərərək evin əldən çıxmaması üçün onlardan 200 manat ödəniş etməyi tələb edib. Ödəniş edildikdən sonra isə onlar əlaqə telefonlarını bağlayaraq yoxa çıxıblar.

Məsələ barədə Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. 

DİN-in mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, məsələ barədə məlumatlıdırlar:

“Artıq sözügedən məsələ ilə bağlı araşdırma aparılır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri