18 
Okt
2021
19:30
22
368
12956
Virtual karabakh

ADNSU-da təmir zamanı qadının başına dəmir düşdü, öldü: Məhkəmənin hökmü açıqlandı

18 Okt, 2021
19:30
12956

ADNSU-da təmir zamanı qadının başına dəmir düşdü, öldü: Məhkəmənin hökmü açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin mart ayının 7-də 1987-ci il təvəllüdlü Şəfəq Namətovanın bədbəxt hadisə nəticəsində ölməsi ilə bağlı məhkəmə istintaqının nəticəsi olub.

Oxu.Az-ın məlumatına əsasən, Ş.Namətova küləyin sürəti 26-29 metr/saniyə çatarkən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsas korpusu tərəfdə hərəkətdə olarkən hadisə baş verib.

Universitetin əsas korpusunda görülən təmir işləri ilə əlaqədar inzibati binanın ətrafına təhlükəsizlik tədbirləri üçün quraşdırılan dəmir lövhələrdən biri güclü küləyin təsirindən uçaraq onun üzərinə düşdükdən sonra isə həmin qadın ölüb.

Ş.Namətovanın ailəsi həmin vaxt ADNSU-nun əsas korpusunda təmir aparan şirkətin rəhbərliyinə qarşı şikayət və tələblə çıxış etməyib.

Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs (adı açıqlanmayıb) Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri