18 
Okt
2021
19:22
1041
19
10579
Virtual karabakh

Atasının çiynində məktəbə gedən qızın problemi həll olundu - körpü salındı - FOTO/VİDEO

Azərbaycan Ordusunun mühəndisi istehkamçıları  tərəfindən Astara rayonunun Miki kəndindəki çay üzərində körpü qurulub.

Yüksək dağlıq ərazidə yerləşən sərt iqlimi olan Miki kəndindən axan çayın üzərində qısa müddətdə quraşdırılan körpünün uzunluğu 10.5 metrdir. 

Körpünün qurulması ilə Miki kəndinin sakinlərinin, xüsusilə məktəblilərin təhsil ocağına rahat gediş-gəlişi təmin edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə övladını məktəbə aparıb-gətirmək üçün hər gün problemlərlə rastlaşan kənd sakini Fuad Salayevin görüntüləri yayılmışdır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri