19 
Okt
2021
10:26
65
196
15477
Virtual karabakh

Nazir iki rayona yeni polis rəisləri təyin etdi - FOTO

19 Okt, 2021
10:26
15477

Nazir iki rayona yeni polis rəisləri təyin etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər orqanlarında kadr dəyişiklikləri olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev vəzifəsindən azad edilərək, Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə, Göyçay Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov vəzifəsindən azad edilib. O, Qazax Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Hələlik Göyçay Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri