19 
Okt
2021
10:44
151
20
1405
Virtual karabakh

Dövlət Komitəsinin rəsmisi: “Məişət zorakılığını reklam etməməliyik”

19 Okt, 2021
10:44
1405

Dövlət Komitəsinin rəsmisi: “Məişət zorakılığını reklam etməməliyik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məişət zorakılığı faktı baş verəndə jurnalistlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə zəng edir və nə iş gödüyünü soruşur. Komitə siyasəti yönəldir”.

Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova “Məişət zorakılığı media müstəvisində” adlı təlimdə deyib. 

Onun sözlərinə görə, jurnalistlər məişət zorakılığı faktı baş verən məkanda olmalı və yerli icra qurumlarından nə iş görmələrini soruşmalıdırlar:

“Bələdiyyələrdə gender komissiyalarının yaradılması istiqamətində işlərin görülməsinə, təlimlər keçirilməsinə baxmayaraq, onlardakı vəziyyət yetərli səviyyədə deyil.

Məişət zorakılığını reklam etməməliyik. İntihar hallarını elə veririk ki, o vəziyyətdə olan insan ona baxır, təsirlənir və bu yola əl atır. Onu elə təqdim etməliyik ki, həmin şəxsləri düşündürsün və bu fikirdən yayındırsın”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri