19 
Okt
2021
13:24
13
174
1906
Virtual karabakh

Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ

19 Okt, 2021
13:24
1906

Küçədə tapılan uşaq valideynləri tərəfindən döyülüb? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda döyülmüş halda tapılan azyaşlı uşaqla bağlı məsələyə aydınlıq gətirib.

DİN-nin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabr ayının 18-də gecə radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində azyaşlı oğlan uşağı aşkar edilərək Rayon Polis Şöbəsinə gətirilib:

“Araşdırma zamanı azyaşlı uşağa fiziki zor göstərilmədiyi və bədənində hər hansı xəsarət izləri olmadığı müəyyən edilib. Azyaşlı himayəsində yaşadığı bibisinə təhvil verilib”.

Qeyd edək ki, yayılan məlumatlara görə, tapılan uşağın anası və atası tərəfindən döyülərək küçəyə atıldığı iddia edilirdi.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri