19 
Okt
2021
12:29
82
20
4609
Virtual karabakh

Sabah hava necə olacaq? - PROQNOZ

Oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz yağışda qısamüddətli fasilə olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 14-16 dərəcə olacaq. Bakıda gecə 12-14, gündüz 14-16 dərəcə olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14, gündüz 16-20, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri