20 
Okt
2021
11:01
19
613
8684
Virtual karabakh

Göbələkdən zəhərlənən uşaqlardan biri də öldü - YENİLƏNİB+VİDEO

Baş Prokurorluq Qax rayonunda iki uşağın zəhərlənərək vəfat etməsi faktı ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, rayonun Tasmalı kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı, 12 yaşlı Murad Qasımlı və qohumu, 9 yaşlı İbrahimxəlil Qasımzadə ilkin ehtimalla göbələkdən zəhərlənmə diaqnozu ilə Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. M.Qasımlı və İ.Qasımzadə vəfat edib.

“Faktla bağlı araşdırma aparılır”, - deyə mətbuat xidmətindən bildirilib.

09:00

Qax rayonunda göbələkdən zəhərlənən uşaqlardan digəri də vəfat edib.

Oxu.Az-ın məlumatına görə, 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, hadisə ötən gün rayonun Tasmalı kəndində qeydə alınıb. 

Kənd sakinləri - 47 yaşlı Mübariz Qasımov, onun övladı 12 yaşlı Murad Qasımlı və qohumu doqquz yaşlı İbrahimxəlil Qasımzadə göbələkdən zəhərləniblər.

Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Daha sonra xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər. 12 yaşlı M.Qasımlı xəstəxanada dünyasını dəyişib.  

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri