20 
Okt
2021
14:56
64
325
4181
Virtual karabakh

Ağdamda kütləvi koronavirusa yoluxma qeydə alınan məktəbin direktoru DANIŞDI - YENİLƏNİB

20 Okt, 2021
14:56
4181

Ağdamda kütləvi koronavirusa yoluxma qeydə alınan məktəbin direktoru DANIŞDI - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbin direktoru Sudeyib Məhərrəmov müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları ilə bağlı yayılan məlumata aydınlıq gətirib. 

Direktor Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yalnız məktəbdə deyil, kənddə də insanlar koronavirusa yoluxub:

“Hərarəti yüksək olan uşaqların dərsə buraxılmasına icazə vermirik. Oktyabrın 15-də məktəbimizin iki müəlliminin hərarəti yüksək olduğu üçün dərsə gəlməyib. Bir müəllimimizin testi pozitiv çıxdığı üçün dərslərə buraxılmır, digər müəllimimiz isə test verməsə də, KT nəticələrində ciyərində “buzlu şüşə” aşkarlanıb”.

O qeyd edib ki, məktəbdə xəstəliyin yayılması ilə bağlı Ağdam Rayon Təhsil Şöbəsinə məlumat verib:

“Oradan mənə bildirildi ki, rəsmi sənədlər Təhsil Nazirliyinə göndəriləcək. Dərslərin distant formada keçirilməsi üçün qərar verilə bilər”.

12:38

Ağdam rayonu Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird heyəti arasında koronavirusa yoluxma halları artıb. 

Oxu.Az-a daxil olan məlumatda iddia olunur ki, məktəbin müəllim və şagird heyəti arasında kütləvi yoluxmalar qeydə alınsa da, tədrisin distant formasına keçidlə bağlı heç bir qərar verilməyib.

Habelə iddia olunub ki, məsələ ilə bağlı məktəb rəhbərliyi Ağdam Rayon Təhsil Şöbəsinə məlumat versə də, bununla bağlı müvafiq qərar qəbul olunmayıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri