20 
Okt
2021
13:40
74
27
3825
Virtual karabakh

Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

20 Okt, 2021
13:40
3825

Sərnişinlərin NƏZƏRİNƏ: Marşrut xəttinin hərəkət sxemi dəyişdirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

205 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarçısı dəyişdirilərək fəaliyyəti bərpa edilib.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, 21.10.2021-ci il tarixindən 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” avtobusları ilə icra ediləcək. 

205 nömrəli marşrut xətti üzrə hərəkət sxemi də dəyişdirilib. Dəyişikliyə əsasən, marşrut xətti “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi və 20-ci Sahə ərazisi ilə Bakı Metropoliteninin “Nəsimi” stansiyasını əlaqələndirəcək. Bununla da, Qaradağ rayonunun müxtəlif qəsəbələri üzrə sakinlərinin, eləcə də bu istiqamətdə çalışan əhalinin ictimai nəqliyyata olan tələbatının ödənilməsi daha da yaxşılaşacaq.  

Qeyd edək ki, çoxsaylı vətəndaş müraciətləri əsasında aparılan təhlillər nəticəsində 205 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaların təşkilində bir sıra nöqsanlar aşkar edilmişdi. Marşrutun nizamsız fəaliyyəti, intervalın gözlənilməməsi, marşrutun fəaliyyətində fasilələrin yaranması və digər sərnişindaşıma qaydalarının pozulması sərnişinlərin haqlı narazılığına səbəb olurdu. 

Qeyd edilən nöqsanların aradan qaldırılması barədə daşıyıcı qarşısında məsələ qaldırılsa da, bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri