20 
Okt
2021
13:08
138
34
7014
Virtual karabakh

13 yaşlı qızının hesabına dərmanlarını alan ata ilə bağlı RƏSMİ AÇIQLAMA

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Zərdab rayon sakini İsayev Samir Tahir oğlunun vəziyyəti ilə bağlı ictimailəşdirilən məsələyə münasibət bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Zərdab rayon sakini İsayev Samir Tahir oğluna tibb müəssisəsi tərəfindən e-sistemə daxil edilmiş göndərişinə müxtəlif vaxtlarda (15.12.2020, 05.03.2021 və 07.09.2021) imtina qərarı verilib:

“İmtinaya səbəb tibb müəssisəsi tərəfindən tərtib edilən göndərişin səthi yazılmasıdır. Belə ki, xəstəliyin ağırlaşmaları diaqnostik müayinələrdə təsdiqini tapmır, xəstənin köməkçi müayinələri aparılmayıb, hazırkı vəziyyəti, funksional pozğunluğu dəqiqləşdirilməyib. Bütün bunlara baxmayaraq, İsayev Samir 21.10.2021-ci ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yerli TSEK tərəfindən əyani müayinə ediləcək. Bundan sonra vətəndaşın əlilliyinin qiymətləndirilməsi aparılacaq”.

Qeyd edək ki, ötən gün Zərdab rayon Çallı kənd sakini İsayev Samir Tahir oğlunun açıq ürək əməliyyatı keçirdiyini və səhhəti ilə bağlı aidiyyəti qurumlardan rədd cavabı aldığı barədə məlumat vermişdik. O qeyd edib ki, maddi imkanı olmadığından 13 yaşlı məktəbli qızı onun dərmanlarını ala bilmək üçün məktəbdən sonra pambıq yığmaqla məşğul olur.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri