20 
Okt
2021
13:32
136
61
6423
Virtual karabakh

DYP-dən sürücülərə XƏBƏRDARLIQ: Tədbirlər gücləndirilir - FOTO/VİDEO

20 Okt, 2021
13:32
6423

DYP-dən sürücülərə XƏBƏRDARLIQ: Tədbirlər gücləndirilir - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı Şəhər Dövlət Yol Polisi paytaxtın tıxac səbəbindən keçilməz yollarında tədbirləri gücləndirib”.

Oxu.Az-ın məlumatına görə, yol polisi tərəfindən küçələrdə, yolların hərəkət hissəsində və piyada səkilərində yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı reydlərə başlanılıb.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, vətəndaşların haqlı narazılıq və narahatlığının aradan qaldırılması, süni sıxlıqların yaşanmaması üçün yol polisi gücləndirilmiş qaydada tədbirlərə başlayıb:

“Dəfələrlə paytaxt yollarının, piyada səkilərinin zəbt olunması məsələsini vurğulasaq da, təəssüflər olsun ki, hələ də yolların hərəkət hissəsində, piyada səkilərində eyni növ problemlər gündəlik olaraq təkrarlanır. Yol polisi yenidən gücləndirilmiş iş rejiminə keçib”.

“Bir daha sürücülərdən xahiş edirik ki, həmkarlarının yollarını, piyadaların isə səkilərini zəbt etməsinlər. Çünki belə bir hallarla mübarizə daha qətiyyətli şəkildə aparılacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri