20 
Okt
2021
14:52
168
10
1242
Virtual karabakh

Qarabağın rəqəmsal su ehtiyatları xəritəsi hazırlanır

20 Okt, 2021
14:52
1242

Qarabağın rəqəmsal su ehtiyatları xəritəsi hazırlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağın rəqəmsal su ehtiyatları xəritəsi hazırlanır”.

Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ölkə daxilində formalaşan su ehtiyatlarının 20 faizi Qarabağ bölgəsinin payına düşür:

“Buna görə də Qarabağda quruculuq işlərinin səmərəli planlaşdırılması üçün su ehtiyatlarının vəziyyəti öyrənməli və məlumatların əlçatanlığını təmin etmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rəqəmsal su ehtiyatları xəritəsi hazırlanır.

İstənilən çay, göl, kanallar barədə xəritədən məlumat əldə etmək mümkündür”.

O qeyd edib ki, ölkənin su ehtiyatlarına nəzarətin təmin olunması məqsədilə Qarabağda 11 avtomatlaşdırılmış hidroloji stansiyanın tikintisi planlaşdırılır:

“Həmin məlumatlar da xəritədə yerləşdiriləcək. Bununla da bütün qurumlar lazım olan məlumatları oradan əldə edə biləcəklər”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri