20 
Okt
2021
15:44
21
236
4538
Virtual karabakh

Bakı metrosunda problem yarandı: Vaqonlar boşaldıldı

20 Okt, 2021
15:44
4538

Bakı metrosunda problem yarandı: Vaqonlar boşaldıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda qatarların intervalında gecikmə olub.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun “Qara Qarayev” stansiyasından “Neftçilər” stansiyasına hərəkət edən qatara texniki baxış keçirilməsi zərurəti yaranıb:

“Belə ki, “Neftçilər” stansiyasında sərnişinlər düşürülüb və qatar texniki yoxlama məqsədilə stansiya dalanına verilib. Nəticədə, iki qatar arasında 4 dəqiqəyə yaxın yubanma müşahidə olunub. Xəttə ehtiyat qatar verilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri