21 
Okt
2021
14:36
136
69
1620
Virtual karabakh

Ötən gün 200 nəfərə yaxın şəxs toya BURAXILMADI - FOTO

21 Okt, 2021
14:36
1620

Ötən gün 200 nəfərə yaxın şəxs toya BURAXILMADI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 20-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 65 toy şənliyinin monitorinqini həyata keçirib.

Nazirlikdən verilən məlumata görə, monitorinq 58 şadlıq sarayında, yeddi şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 10 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, bir nəfər barəsində Cinayət Məcəlləsinin 139.1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejiminin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

182 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri