21 
Okt
2021
15:48
382
16
2909
Virtual karabakh

10 yaşlı Aliimranın sağlamlığına qovuşması üçün kömək edin - FOTO

21 Okt, 2021
15:48
2909

10 yaşlı Aliimranın sağlamlığına qovuşması üçün kömək edin - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2011-ci il təvəllüdlü İsmayılzadə Aliimran Elvin oğlu anadangəlmə irsi qan xəstəliyi olan betta talassemiyadan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası İsmayılova Aygül Sakit qızı məlumat verib.

Bildirib ki, övladının sağlamlığına qovuşması üçün əməliyyat edilməlidir:

“Oğlum Aliimran Kürdəmir rayonunda anadan olub. Anadangəlmə irsi qan xəstəliyi olan betta-talassemiyadan əziyyət çəkir. İlik əməliyyatı olunmalıdır. Bunun üçün də donor tapılmalıdır. Xaricə əməliyyata apardıq. Lakin qardaşları donor olaraq uyğun gəlmədi. Oğlumun sağlamlığına qovuşması üçün 120 000 manat pul lazım idi. Xeyirxah insanların köməyi ilə 31 000 manat pul yığılıb. 89 000 manat pul vəsaiti lazımdır ki, oğlum sağalsın”.

“Kapital” bank hesabı:

4169-7414-3454-5867

Kart sahibi: Aygül İsmayılova (anası)

Əlaqə nömrəsi: (050) 679-43-56

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri