21 
Okt
2021
16:36
241
38
2468
Virtual karabakh

Bakı metrosu “Qarabağ”ın oyununa görə gücləndirilmiş rejimə keçir

21 Okt, 2021
16:36
2468

Bakı metrosu “Qarabağ”ın oyununa görə gücləndirilmiş rejimə keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans Liqasının qrup turniri çərçivəsində “Qarabağ” futbol klubunun keçirəcəyi oyunla əlaqədar arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Məlumata görə, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək.

“Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq. Həmçinin “Nəriman Nərimanov” stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq”, - məlumatda qeyd edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri