21 
Okt
2021
19:47
44
151
5604
Virtual karabakh

Azərbaycanda tanınmış hakimlər vəkilliyə qəbul olundu - FOTO

21 Okt, 2021
19:47
5604

Azərbaycanda tanınmış hakimlər vəkilliyə qəbul olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, bu gün vəkilliyə qəbul üzrə şifahi imtahanda uğur qazanmış namizədlərin adı açıqlanıb.

E-huquq.az xəbər verir ki, həmin namizədlər arasında keçmiş məhkəmə sədrləri və hakimlər də var.

Belə ki, uzun illər Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Abasov Əliövsəd Məzahir oğlu, Suraxanı Rayon Məhkəməsinin sədri Əliyev Kəramət Fətəli oğlu, Zaqatala rayon Məhkəməsinin sədri Məmmədov Elbrus Hacıbala oğlu, Sumqayıt Şəhər Məhkəməsinin sədri Hüseynov Zeyqam Hüseyn oğlu, Şirvan Apelyasiya Məhkəməsinin hakimi Etibar Camalov və Salyan Rayon Məhkəməsinin sədri Paşayev Əlövsət Bəhrəm oğlu vəkillik fəaliyyətinə başlayıblar.

Xatırladaq ki, həmin hakimlər bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə çıxmışdılar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri