22 
Okt
2021
15:40
236
18
2007
Virtual karabakh

Sanitar qaydaları kobud şəkildə pozan çörək sexi BAĞLANDI - FOTO

22 Okt, 2021
15:40
2007

Sanitar qaydaları kobud şəkildə pozan çörək sexi BAĞLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıt şəhəri, Energetik qəsəbəsi 9 ünvanında fəaliyyət göstərən, Namazov Ruslan Rza oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib.

Belə ki, müəssisədə xammalların və hazır məhsulların saxlama şəraitinə və temperatur rejimlərinə riayət edilmədən saxlanıldığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, obyektin fəaliyyəti məhdudlaşdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri