22 
Okt
2021
15:32
504
13
1600
Virtual karabakh

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir - FOTO

22 Okt, 2021
15:32
1600

Qəhrəman Əli Nəcəfovun şəhadətindən bir il keçir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Vətən müharibəsi şəhidi Əli Nəcəfovun şəhadətindən bir il keçir. 

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib. 

Şəhidimiz 1998-ci il mayın 24-də Masallı rayonunun Tüklə kəndində anadan olub. 2004-2015-ci illərdə Binəqədi rayon 276 nömrəli tam orta məktəbdə təhsil alıb.

2016-2020-ci illərdə isə Azərbaycan Universitetində “Maliyyə və iqtisadiyyat” ixtisası üzrə ali təhsil alıb.

Vətən müharibəsi başlayanda, sentyabr ayının 27-dən ordu sıralarına qoşulub. Oktyabrın 22-də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı düşmən snayperindən açılan atəş nəticəsində şəhid olub.

Şəhidimizin nəşi oktyabrın 22-də doğulduğu Masallı rayonu Tüklə kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Əli Nəcəfov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri