23 
Okt
2021
13:20
80
67
784
Virtual karabakh

Bu il Nazirlik və qurumlarında 343 mindən çox vətəndaş qəbul edilib - FOTO

23 Okt, 2021
13:20
784

Bu il Nazirlik və qurumlarında 343 mindən çox vətəndaş qəbul edilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin yanvar-sentyabr aylarında 343 469 vətəndaşın qəbulu həyata keçirilib. 

Bununla bağlı Nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 2 366-sı Nazirliyin və qurumlarının rəhbər vəzifəli şəxsləri tərəfindən (videoformatda), 341 103-ü Nazirliyin və qurumlarının qəbul mərkəzlərində, DOST Mərkəzlərində qəbul edilib.

Bu ilin 9 ayında Nazirlik üzrə yazılı və elektron qaydada edilmiş 960 223 vətəndaş müraciətinin cavablandırılması təmin edilib. 

Müraciətlərin 313 215-i Nazirlik və qurumları tərəfindən, 594 762-si 142-Çağrı Mərkəzi vasitəsilə, 52 246-sı isə sosial şəbəkələr üzərindən cavablandırılıb.

Hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılaraq cavablandırılması, müraciətlərdə əksini tapan məsələlərlə əlaqədar aidiyyəti tədbirlərin görülməsi təmin olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri