23 
Okt
2021
15:48
15
215
2630
Virtual karabakh

Kürdəmirdə avtomobillər toqquşub: Xəsarət alanlar var - FOTO

23 Okt, 2021
15:48
2630

Kürdəmirdə avtomobillər toqquşub: Xəsarət alanlar var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kürdəmir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir-İmişli yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, KIA markalı avtomobil VAZ-2115 markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə VAZ-2115 markalı avtomobildə olan üç nəfər - 29 yaşlı Hüseynov Ümid Qnyaz oğlu, 17 yaşlı Manaflı Vüsal Tahir oğlu və 2 yaşlı Hüseynli Miray Ümid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri