24 
Okt
2021
19:20
18
187
2498
Virtual karabakh

Oğuzda ağaca çırpılan avtomobilin mühərriki yerindən çıxdı, xəsarət alan var - FOTO

24 Okt, 2021
19:20
2498

Oğuzda ağaca çırpılan avtomobilin mühərriki yerindən çıxdı, xəsarət alan var - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oğuz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Volkswagen” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Zərbənin təsirindən avtomobilin mühərriki yerindən çıxaraq bir neçə metr kənara düşüb.

Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri